Bu ölkədə terrorçularla şiddətli döyüşlər gedir
    • Bu gün, 08:52
    • 69

Bu ölkədə terrorçularla şiddətli döyüşlər gedir


Mali Silahlı Qüvvələrinin (AF) bölmələri ölkənin şimal-şərqində terrorçu qruplaşmalarla qızğın döyüşlər aparır.

News24.az publika.az-a istinadla xəbər verir ki, bu barədə ölkənin Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı kommünikedə deyilir.

Bildirilir ki, terrorçuların və “bütün zolaqlardan” qaçaqmalçıların cəmləşdiyi qalaya qarşı kütləvi zərbələr endirilir.

Baş Qərargahın məlumatına görə, Malinin pilotsuz təyyarələri terrorçuların beş hədəfini uğurla məhv edib.

İtkilərin qarşısını almaq üçün departament dinc sakinləri terrorçuların yerləşdiyi əraziləri tərk etməyə çağırıb.