İlk kosmik otel - ƏTRAFLI
    • 16-07-2024, 15:58
    • 154

İlk kosmik otel - ƏTRAFLI

Gateway Foundation, Voyager Station adlı kosmik otelini işə salan ilk şirkət olacağını açıqlayıb. 

News24.az xəbər verir ki, layihənin 2027-ci ildə tamamlanması nəzərdə tutulub.  Orbital Assembly Corporation  tərəfindən tikiləcək bu otel 50 min kvadrat metrlik obyekt olacaq.

Şirkət özünü "dünyanın ilk böyük kosmik tikinti şirkəti" olaraq təqdim edib.

 Tikintisinə 2026-cı ildə başlanması planlaşdırılan obyekt, 440 şəxsi qəbul edəcək. 

Oteldə 24 yaşayış modulu olacaq və bunları yaşayış yerləri, restoranlar, idman zalları, publar, ekipaj üçün yaşayış və elmi tədqiqat şöbələri əhatə edəcək. 

Məryəm İlhamqızı