-
- 16-07-2024, 17:46
- 368
"Qarabağ"ın ÇL-dəki rəqibi kim olacaq?
Bu gün "Qarabağ"ın UEFA Çempionlar Liqasındakı rəqibi müəyyənləşəcək.
Birinci təsnifat mərhələsinin "Linkoln" (Cəbüllütariq) - "Hamrun" (Malta) cütünün qalibi ikinci raundda Azərbaycan çempionu "Qarabağ"ın rəqibi olacaq. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Tərəflər arasında Maltada baş tutan ilk matçda Cəbüllütariq təmsilçisi 1:0 hesabı ilə qələbə qazanıb.
Qeyd edək ki, "Qarabağ"ın ikinci təsnifat mərhələsindəki ilk matçı səfərdə (23 və ya 24 iyul), cavab görüşü isə iyul 30-da Bakıda baş tutacaq./publika.az