"Qarabağ"ın rəqibi Bakıya yola düşdü
    • 17-07-2023, 19:58
    • 310

"Qarabağ"ın rəqibi Bakıya yola düşdü

Cəbəllütariq "Linkoln"u Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Qarabağ"la cavab oyunu üçün Bakıya yola düşüb.

News24.az​​​ xəbər verir ki, bu haqda klubun Feysbuk hesabında paylaşım edilib.

Qeyd edək ki, iyulun 19-da Bakı Olimpiya Stadionunda oynanılacaq "Qarabağ" - "Linkoln" matçı saat 20:00-da başlayacaq. Cəbəllütariqdə oynanılan ilk matçda Ağdam təmsilçisi 2:1 hesablı qələbə qazanıb.