-
- 16-07-2024, 16:52
- 247
BMT: Dünya əhalisi pik həddə çatacaq
Birləşmiş Millətlər Təşkilatının hər iki ildən bir dərc etdiyi “Dünya Əhali Prospektləri” hesabatına görə, yaxın 60 ildə dünya əhalisi ən yüksək həddə çatacaq.
News24.az xəbər verir ki, hesabata görə, hazırda 8,2 milyard nəfər hesab edilən insanların sayının 2080-ci ilin ortalarında pik həddə çatacağı və daha sonra tədricən azalmağa başlayacağı proqnozlaşdırılır.
BMT-nin yeni proqnozuna görə, dünya əhalisinin sayı 2084-cü ilə qədər artmağa davam edəcək. Hazırda 8 milyarddan çox olan dünya əhalisi 60 ildən sonra 10 milyard 300 milyona yüksələcək.
Birləşmiş Millətlər Təşkilatının doğum və ölüm nisbətlərinə əsaslanan hesabatına görə, hər il təxminən 70 milyon olan əhali artımının 2050-ci ildən etibarən yavaşlaması gözlənilir. 2061-ci ildə 10 milyardı keçəcəyi gözlənilən əhalinin sayı 2084-cü ildə 10,3 milyarda çatacaq. 2084-cü ildən sonra yavaş-yavaş azalacağı təxmin edilən əhalinin 2100-cü ildə 10 milyard 200 milyona qədər azalacağı proqnozlaşdırılır.
Qeyd edilir ki, bu dərəcələr gələcək hesabatlarda dəyişə bilər və dünyada baş verən əsas hadisələrdən təsirlənə bilər.
Günel Məlikzadə