Yağı sıçratmadan qızartma etməyin YOLLARI
    • 16-07-2024, 18:19
    • 462

Yağı sıçratmadan qızartma etməyin YOLLARI

Qızartma hazırlayarkən yağın sıçramağından narahat olanlar əvvəlcə nəyi səhv etdiklərini bilməlidirlər. 

News24.az xəbər verir ki, qızardılmış yeməklərin hazırlanması üçün müəyyən məsləhətlər var. 

İlk olaraq onu bilmək lazımdır ki, qızardılan yeməklər əvvəlcədən qurudulmalıdır. Tavaya atılan yaş qidalardan yağla birləşmiş su yağın sıçramasına səbəb olur. Bundan əlavə, yağın temperaturu da sıçramaya səbəb ola bilər. Orta hesabla 180 dərəcə temperaturda olan yağ qızartma üçün idealdır. 

Onu da qeyd edək ki, tavanın dərinliyi və qızartmada istifadə ediləcək yağın miqdarı da vacibdir. Qızartma hazırlayarkən yağın sıçramasının qarşısını almaq üçün dərin tavaya və yarıdan bir qədər az olan yağa üstünlük vermək lazımdır.

Bilməli olduğunuz son şey odur ki, tavaya əlavə olunacaq qidaları yavaş-yavaş əlavə etməlisiniz. 

Məryəm İlhamqızı