Etna dağı lava və kül püskürdü - FOTO
    • 16-07-2024, 23:00
    • 371

Etna dağı lava və kül püskürdü - FOTO

Siciliya adasında təxminən 3300 metr yüksəklikdə olan Etna dağında son həftələrdə müşahidə edilən vulkanik aktivlik davam edir.

News24.az xəbər verir ki, vulkanın son dövrlərdə aktivləşən "Voragine" krateri dünən axşam saatlarından etibarən yenidən kül və lava püskürməyə başlayıb.

INGV, Voragine kraterinin püskürtdüyü lava səbəbiylə vulkanın yamaclarında lava axınının müşahidə edildiyini və püskürdüyü külün təxminən 6 kilometr yüksəkliyə çatdığını bildirib.

Mətbuatda çıxan xəbərlərdə vulkan ətrafındakı Viaqrande və Acicastello yaşayış məntəqələrinə kül yağdığı qeyd edilib.

Bundan əlavə, Voragine kraterində vulkanik fəaliyyətlə əlaqədar olaraq Etna vulkanının 2500 metr və ondan yuxarı nöqtələrinə ekskursiya fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.



Günel Məlikzadə