İstilərə görə
    • 17-07-2024, 09:35
    • 308

İstilərə görə "qırmızı" xəbərdarlıq

Bolqarıstanın 5 regionunda yüksək temperaturla əlaqədar “qırmızı” kateqoriya xəbərdarlığı edilib.

News24.az Bolqarıstan Xəbər Agentliyinə (BTA) istinadən xəbər verir ki, Bolqarıstan Meteorologiya və Hidrologiya İnstitutu Blaqoevqrad, Pleven, Veliko Tırnovo və Ruse bölgələrində "qırmızı" kateqoriyalı temperatur xəbərdarlığı, qalanları üçün isə "narıncı" kateqoriyalı temperatur xəbərdarlığı edib. 

Məlumat verilib ki, gün ərzində temperaturun 37-42 dərəcə arasında dəyişdiyi ölkə ərazisində “qırmızı” kateqoriyaya ölkənin digər rayonları da daxil olacaq.

Avtomobil Yolları İnfrastruktur Agentliyindən verilən məlumata görə, temperaturun 35 dərəcədən yuxarı qalxacağı gözlənilən Bolqarıstanda 10 bölgədə 20 tondan çox yük maşınlarının yollarda hərəkəti qadağan edilib.

Günel Məlikzadə