Ölkədə yeni tip radarlar quraşdırıldı - FOTO
    • 17-07-2024, 16:28
    • 140

Ölkədə yeni tip radarlar quraşdırıldı - FOTO

Bir müddət əvvəl Bakı-Şamaxı yolunun 21-ci kilometrliyində quraşdırılan yeni növ radarlar artıq işə salınıb.

News24.az Metbuat.az-a istinadla bildirir ki, köhnə radarlardan fərqli olaraq bu elektron lövhələrdə yol üçün nəzərdə tutulmuş sürət limiti ilə yanaşı, sürət həddini aşan avtomobillərin sürəti və nömrə-nişan qeyd olunacaq.

Radarların şəhər daxilində nə vaxt quraşdırılacağı ilə bağlı hələki məlumat yoxdur.