Bu toyuqlar təhlükəlidir - İnfeksionist
    • 17-07-2024, 23:08
    • 916

Bu toyuqlar təhlükəlidir - İnfeksionist

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus dünyada hər an yeni bir pandemiyanın başlana biləcəyi ilə bağlı xəbərdarlıq edib. ÜST-nin baş direktoru vurğulayıb ki, mövcud H5N1 epidemiyası növbəti pandemiyanın hər an gələ biləcəyini bizə xatırladır. O, bütün ölkələri quş qripi üzərində nəzarəti gücləndirməyə çağırıb.

News24.az bildirir ki, teleqraf.com-a danışan infeksionist Mərdan Əliyev bildirir ki, quş qrip sürətlə yayılmaq imkanı əldə edərsə, təhlükəli ola bilər:

“Quş qripi koronavirusdan fərqli olaraq daha əvvəldən elmə məlum olan xəstəlikdir. Ona qarşı dərmanlar var. Əlamətləri əsasən halsızlıq, bədən hərarətinin yüksəlməsi, bəlğəmli öskürək, əzələ ağrıları, boğaz ağrısıdır. Qeyd etməliyik ki, çöl quşları ilə təmasda olan toyuqları buna yoluxa bilər. Təbii ki, broyler toyuqları daha təhlükəsizdir. Əgər xəstəlik olarsa, pandemiya şəklini alarsa, bu zaman quş təsərrüfatı ilə məşğul olanlar əsas risk qrupuna daxil olacaqlar. Əsas qoruyucu tədbirləri də ilk olaraq onlar almalıdır”.

Həkim bildirir ki, bu, şəhər mühitində yaşayan insanlar üçün o qədər də təhlükəli hesab olunmur:

“Quş qripi, donuz qripi hamısı qrip viruslarının növüdür. Qrip virusu çox sürətlə mutasiyaya uğrayan virusdur və kəskin respirator virus infeksiyaları içində ən ağır gedişatlı xəstəliklərdəndir. Baxmayaraq ki, el arasında bunların hamısına qrip deyirlər. Əslində qrip pandemiyası zaman-zaman müşahidə edilib.

Əslində bu virusun pandemiya törətməsi mümkündür. Müəyyən gigiyena vərdişləri əldə etmişik, normalara əməl olunur, əks epidemik tədbirlər var, buna görə pandemiyalardan qorunmaq daha asandır”.