İran Nizami iddiasından əl çəkmir
    • Dünən, 23:25
    • 57

İran Nizami iddiasından əl çəkmir

İrandakı fars şovinistləri növbəti dəfə dahi Azərbaycan şairi Nizami Gəncəvini “farslaşdırmaq” üçün hərəkətə keçiblər.

News24.az "Cebheinfo.az"-a istinadla xəbər verir ki, İranın Ali Mədəni İnqilab Şurası prezident vəzifəsini icra edən Məhəmməd Moxberin imzası ilə Nizami Gəncəvi Fondunun  yaradılmasına dair qərar təsdiqləyib. 

Ali Mədəni İnqilab Şurasının katibi Əbdülhüseyn Xosrovpənah qeyd edib ki, şuranın qərarı ilə Nizami Fondu İranın mədəni sərvətlərini qorumaq və fars dilini təbliğ etmək məqsədilə təsis edilib.

M.Moxber Şuranın 18 iyun tarixli 901-ci iclasının qərarını əsas gətirərək bildirib ki, Nizami Gəncəvi Fondu İran mədəniyyətinin beynəlxalq səviyyədə təbliğ olunmasında mühüm rol oynayacaq. 

"Fars dili və ədəbiyyatının qorunub inkişaf etdirilməsi, yayılması və İranın qədim mədəniyyəti, şəxsiyyətlərinin dünya səviyyəsində tanıtdırılması yönündəki fəaliyyətlərin təkmilləşdirilməsi üçün nəzərdə tutulub", - deyə Moxber vurğulayıb. 

Qeyd edək ki, daha öncə də İran hökuməti dahi Azərbaycan şairi Nizami Gəncəvi ilə bağlı iddialar irəli sürüb.