Avtomobildə iki cəsəd tapıldı
    • 17-07-2024, 22:10
    • 192

Avtomobildə iki cəsəd tapıldı

İsveç mətbuatında yayılan xəbərlərə görə, kirayə götürülmüş avtomobilin içərisində güllə yaraları olan iki cəsəd tapılıb.

News24.az xəbər verir ki, İsveç polisi bazar günü günortadan sonra cəsədlərin Malmödə yanmış avtomobildə tapıldığını təsdiqləyib.

Polis, iki nəfərin şəhərin xarici dairəvi yolunun yaxınlığındakı Fosie sənaye bölgəsində tərk edilmiş Danimarka nömrəli qara avtomobildə tapıldığını söyləyib.

Ölənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi hələ tamamlanmayıb.

Yerli Aftonbladet qəzeti xəbər verir ki, səlahiyyətlilər ölənlərin Britaniya vətəndaşları olduğundan və öldürüldükdən sonra avtomobildə yandırıldığını ehtimal edir.

Hələlik heç bir şübhəli şəxs müəyyən edilməyib.

Xəbərdə cəsədlərin tapılmasından bir neçə saat əvvəl bir britaniyalının Danimarka hava limanından avtomobil icarəyə götürdüyü də qeyd olunub.

Malmö polisinin sözçüsü Kerstin Gosse bildirib ki, ölənlərin Danimarka vətəndaşları olduğuna inanılmır.

İstintaqın aparılmasına İnterpolun da köməklik etdiyi qeyd edilib.

Günel Məlikzadə