-
- 18-07-2024, 12:26
- 318
Melonini ələ salan jurnalistə 5 min cərimə kəsildi
İtaliya mətbuatının yazdığına görə, Milanda məhkəmə bir jurnalistin sosial şəbəkədəki paylaşımında onu ələ saldığı səbəbilə İtaliyanın baş naziri Giorgia Meloniyə 5 min avro təzminat ödəməyə qərar verib.
News24.az xəbər verir ki, 2021-ci ilin oktyabrında Giulia Kortese adlı başqa bir jurnalist Twitter-də Melonun boyu ilə bağlı etdiyi zarafata görə 1200 avro məbləğində cəzalandırılıb.
Kortese planda mərhum faşist lider Benito Mussolininin şəkli olan istehzalı şəklini dərc edərkən o zaman müxalifətdə olan Meloni reaksiya göstərib.
Kortese sosial şəbəkədəki paylaşımında “Məni qorxutmursan, Giorgia Meloni. Axı sənin boyu cəmi 1,5 metrdir. Mən səni heç görə bilmirəm" deyə yazıb.
Qeyd edək ki, müxtəlif media saytlarında Meloninin boyu 1,58 ilə 1,63 metr arasında göstərilir.
Günel Məlikzadə