Bu bakteriya hər il yarım milyon insanı öldürür - Xəbərdarlıq
    • Bu gün, 19:48
    • 72

Bu bakteriya hər il yarım milyon insanı öldürür - Xəbərdarlıq

Dünyanın ən təhlükəli patogenlərindən hesab edilən “Pseudomonas aeruginosa”nın ölümcül sirri açılıb. Hər il təxminən yarım milyon insan bu bakteriyadan dünyasını dəyişir.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, orqanizmin özünümüdafiəsindən asanlıqla yayınaraq ölümcül ola bilən həmin bakteriya Ümumdünya Səhiyyə Təşkilatının ən təhlükəli patogenlər siyahısında kritik prioritet kateqoriyasındadır.

İnsanların əksəriyyəti gündəlik həyatlarında bu bakteriya ilə qarşılaşsa da, adətən heç bir zərər görmür. Ancaq uyğun şərtlər varsa, bakteriya nəzarətdən çıxan xəstəliklərə səbəb ola bilər.

Alimlər təbiətdəki bu mikroorqanizmin insanlar üçün necə böyük təhlükə yaratması ilə maraqlanıblar. Kembric Universitetinin alimlərinin rəhbərlik etdiyi tədqiqat zamanı dünyanın müxtəlif yerlərində, bəziləri 1900-cü ilə aid olan insan, heyvan və ətraf mühit mənbələrindən təxminən 10 min bakteriya nümunəsi toplanılıb və bakteriya ilə yaxından əlaqəli 596 virus növü ilə genetik nəsil şəcərəsi yaradıblar. Xəstəliklərin əksəriyyətinin 21-i ilə əlaqəli olduğu müəyyən edilib. Son 200 ildə sürətlə inkişaf edən bu virus növlərinin təhlükəli infeksiyalara səbəb olduğu üzə çıxıb. Hər il yarım milyona yaxın insan bu kimi bakteriyalardan ölür. Antibiotikə müqavimət göstərən mikroorqanizmlər ildə 300 min insanın ölümünə səbəb olur. Tədqiqatçılar son 200 ildə böyük yaşayış məntəqələrinin salınması və bunun nəticəsində yaranan ekoloji çirklənmənin insanları infeksiyaya daha həssas etdiyini və bakteriyaların sürətlə yayılmasına səbəb olduğunu iddia edirlər. Həm təyyarə yanacağında, həm də təmiz suda yaşaya bilən bu bakteriya güclü uyğunlaşma qabiliyyəti ilə xəstəxana şəraitində də ölümcül ola bilər. Sistik fibroz və bronxial astma kimi xroniki ağciyər xəstəliklərindən əziyyət çəkən və xəstəxanada müalicə olunan insanlar bakteriyaya xüsusilə həssasdırlar.

Mövzu ilə bağlı araşdırma məqaləsinin müəlliflərindən Andres Floto bildirib: “Klinik baxımdan bu araşdırmanın bakteriya haqqında əhəmiyyətli məlumat verdiyini görürük. Bizim diqqətimiz bu infeksiyanın sistik fibroz xəstələri arasında necə asanlıqla yayıldığına yönəlib. Lakin məlum olur ki, o, digər xəstələr arasında da həyəcanverici dərəcədə asanlıqla yayıla bilər. Həmin bakteriya üzərində işimiz bizə fibrozun biologiyası haqqında yeni şeylər öyrətdi. Bu məlumat həm də daha effektiv skrininq və təcrid tədbirlərinin işlənib hazırlanmasına ehtiyac olduğu qənaətinə gətirib çıxarır”.

Bir çox ölkənin alimlərinin iştirak etdiyi tədqiqatın nəticələri “Science” elmi jurnalında dərc olunub.