-
- 18-07-2024, 22:16
- 1 700
Səyahətlərinizdə diqqətli olmalısınız - BÜRCLƏR
Astroloqlar 18 iyul 2024-cü il bürclər haqqında proqnozları açıqlayıblar.
News24.az "Unikal"a istinadla həmin proqnozları təqdim edir:
Qoç:
Bu gün özünüzü məhdudlaşdırılmış hiss etdiyiniz mühitlərdən uzaqlaşmağa cəhd edə bilərsiniz. Azadlığınız hər şeydən üstün ola bilər. Sizi məhdudlaşdıran duyğulardan uzaqlaşıb məhdudiyyətsiz yaşamaq istəyə bilərsiniz.
Buğa:
Bu gün həyat yoldaşınızın və ya tərəfdaşlarınızın qazancları arta bilər, lakin onların sizi məhdudlaşdırmaq cəhdləri emosional olaraq özünüzə qapanmağınıza səbəb ola bilər. Hisslərinizi və duyğularınızı gizli yaşamaqdan bezmiş ola bilərsiniz. Buna görə də reaksiyalarınızı idarə etməkdə çətinlik çəkəcəksiniz.
Əkizlər:
Tərəfdaşlarınız, işiniz və ailənizlə bağlı məsələlər bu gün gündəminizdə ola bilər. Yeni razılaşma və müqavilələrlə bağlı qarşılaşacağınız prosedurlar sizi narahat edəcək. Başqalarının sizinlə bağlı hiss və düşüncələrini anlamağa çalışacaqsınız.
Xərçəng:
Bu gün səhhətinizdə və gündəlik işlərinizdə nəzarət və dəyişiklik günü ola bilər. Yemək rutininiz və gündəlik iş rejiminiz ön planda olacaq. Birlikdə işlədiyiniz insanlarla qazancınızı artıra bilərsiniz. Bununla belə, işgüzar sövdələşmələr zamanı sizi ləngidən problemlər ola bilər.
Şir:
Bu gün hisslərinizi ifadə etmək istəyə bilərsiniz. Bununla belə, tərəfdaşınızın davranışı və sizi məhdudlaşdırmaq cəhdləri sizi ruhdan sala bilər. Əyləncə və sosiallaşma ilə bağlı planlarınızı ləğv etməli ola bilərsiniz.
Qız:
Ailəniz və evinizlə bağlı məsələlər bu gün prioritetiniz olacaq. Ev dizaynı, nizam yaratmaq kimi sizi məşğul edəcək məsələlərə diqqət yetirə bilərsiniz. Səyahət hazırlığı və ya səyahətdən sonra nizamlama kimi movzular sizin prioritetiniz ola bilər.
Tərəzi:
Bu gün yaxın ətrafınız və ailənizin yanında olmaq istəyə bilərsiniz. Səyahətlərdə diqqətli olmalsınız. Gözlənilməz xəstəliklər və bədbəxt hadisələr baş verə bilər. Bağladığınız yeni iş müqavilələrində bəzi problemlər yarana bilər.
Əqrəb:
Gün ərzində karyeranız üçün etdiyiniz investisiyalar faydalı ola bilər. Bununla belə, sevmək, sevilmək və dəyər görməkdən pis hiss etdiyiniz münasibətlərdə qala bilərsiniz. Hisslərinizin düzgün başa düşülmədiyini anlayacaqsınız.
Oxatan:
Bu gün özünüzü ifadə etmək sizin üçün vacib ola bilər. Yaxınlarınızla bağlı məsələlərdə anlaşılmazlıqlar yarana bilər. Səfərlərinizdə diqqətli olmaqda fayda var.
Oğlaq:
Gün ərzində özünüzü xarici aləmdən təcrid etmək, meditasiya və inanclarınızla bağlı məsələlərə diqqət yetirmək istəyə bilərsiniz. Sağlamlığa gəldikdə isə, allergik reaksiyalara qarşı diqqətli olmalısınız.
Dolça:
Bu gün köçmək və səyahət planları qurmaq istəyə bilərsiniz. Bəzi dostlarınızdan uzaqlaşa bilərsiniz, eşq həyatınızda və ya övladlarınızla münasibətinizdə məsafələrdən çətinlik çəkəcəksiniz.
Balıqlar:
Bu gün karyeranızda yeni şanslar yarana bilər. Evdəki məsuliyyətlərinizin qayğısına qalmaq və işinizlə bağlı məsələlərdə bəzi dəyişikliklər etmək istəyə bilərsiniz. İşlədiyiniz insanların yaratdığı komfort zonası sayəsində bir az dincəlmək şansı əldə edəcəksiniz.