"Türkiyə Qara dənizdə idarəçidir"
    • 18-07-2024, 22:20
    • 245

"Türkiyə Qara dənizdə idarəçidir"

Kremlin sözçüsü Dmitri Peskov Ukrayna prezidenti Vladimir Zelenskinin ölkənin dəniz təhlükəsizliyi strategiyası ilə bağlı Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarları ilə bağlı imzaladığı fərmanla bağlı açıqlama verib.

News24.az xəbər verir ki, Zelenski tərəfindən təsdiqlənən bu strategiyanın əsas vəzifələrindən birinin NATO qüvvələrinin Qara dənizdə daimi mövcudluğunu təmin etmək olduğunu bildirən Peskov deyib:

“Qara dəniz sahili olmayan dövlətlərin Qara dənizdə qalma statusu Dəniz suları Montrö Konvensiyası ilə ciddi şəkildə tənzimlənir. Belə olan halda Türkiyə regionda inzibatçı mövqeyindədir və üzərinə düşən öhdəlikləri kifayət qədər aydın şəkildə yerinə yetirir".

NATO gəmilərinin Qara dənizdə cəmləşməsinə işarə edən Peskov, “Əlbəttə, NATO gəmilərinin sıx mövcudluğundan danışarkən NATO üzvü olan sahilyanı dövlətlər Bolqarıstan və Rumıniyanı da nəzərə alırıq. NATO dövlətlərinin Ukrayna ətrafında münaqişədə daha birbaşa iştirak etdiyini nəzərə alsaq, hazırkı vəziyyət Rusiya üçün əlavə təhlükə yaradır. Əlbəttə, Rusiya öz təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görəcək".

Günel Məlikzadə