-
- 18-07-2024, 22:50
- 373
Duşan Tadiç milli karyerasını başa vurdu
"Fənərbaxça"nın futbolçusu Duşan Tadiç sosial media hesabından paylaşım edərək Serbiya Milli Komandası karyerası ilə vidalaşmaq qərarına gəldiyini açıqlayıb.
News24.az xəbər verir ki, sonuncu dəfə Almaniyada keçirilən 2024-cü il Avropa Futbol Çempionatında (AVRO 2024) milli komandası ilə mübarizə aparan Tadiç karyerasını Serbiyada başa vurduğunu bildirib.
35 yaşlı futbolçu Serbiya ilə 111 oyuna çıxıb və 23 qol vurub, 40 məhsuldar ötürmə edib.
AVRO-2024-də İngiltərə, Danimarka və Sloveniya ilə C qrupunda yer alan Serbiya 2 xalla sonuncu pillədə qərarlaşıb. Tadiç 3 matçdan 1-nə start 11-də başlasa da, 2-də oyuna sonradan qoşulub.
Günel Məlikzadə