Tramp Ukraynaya getməkdən imtina etdi
    • 7-11-2023, 10:59
    • 95

Tramp Ukraynaya getməkdən imtina etdi

"Mən prezident Zelenskiyə çox hörmət edirəm, lakin düşünürəm ki, indi Ukraynaya səfər etmək yersiz olardı. Hazırda onunla Bayden administrasiyası işləyir və maraqların toqquşmasına səbəb olmaq istəməzdim".

News24.az  “Newsmax”a istinadla xəbər verir ki, bu barədə ABŞ-nin sabiq prezidenti Donald Tramp deyib.

Tramp Ukraynaya səfər etməkdən imtina edib.

Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski ötən gün "NBC" kanalına müsahibəsində Donald Trampı Ukraynaya dəvət etdiyini bildirmişdi.

Ayşən