-
- 10-07-2024, 10:52
- 227
Zelenskinin narahatlığı: “Seçiləcəyi təqdirdə nə edəcəyini bilmirəm”
Vaşinqtonda dünya liderlərinin bu həftə keçiriləcək NATO sammitinə toplaşdığı bir vaxtda danışan Vladimir Zelenski noyabrın 5-də ABŞ-da keçiriləcək seçkilərdə namizəd olan Donald Trampın seçiləcəyi təqdirdə Ukraynaya dəstək ilə bağlı nə edəcəyini təxmin edə bilməyəcəyini deyib.
Bundan əlavə, Ukrayna prezidenti ümid etdiyini bildirib ki, Birləşmiş Ştatlar Rusiyanın iki ildən artıqdır davam edən işğalına qarşı Ukraynanı müdafiə etməkdə davam edəcək.
News24.az xəbər verir ki, ilk prezidentliyi dövründə Trampla yaxşı görüşlər keçirdiyini, lakin bunun Rusiyanın 2022-ci ildə işğalından əvvəl olduğunu qeyd edən Zelenski Tramp haqqında “Mən onu yaxşı tanımıram” deyib.
Zelenski, "Hamı noyabrı gözləyir. Amerikalılar, Avropa, Yaxın Şərq, Sakit okean, bütün dünya noyabrı gözləyir, realist olmaq üçün Putin də noyabrı gözləyir. Noyabr və ya başqa ayı gözləməyin, hərəkətə keçməyin vaxtıdır”.
Qeyd edək ki, ABŞ-ın hazırkı prezidenti Co Bayden NATO sammitində Ukraynanı qətiyyətlə müdafiə edəcəyinə söz verib.
Günel Məlikzadə