6,0 bal gücündə zəlzələ baş verdi
    • 19-07-2024, 09:42
    • 460

6,0 bal gücündə zəlzələ baş verdi

ABŞ-ın Alyaska ştatı sahillərində 6,0 bal gücündə zəlzələ baş verib.

News24.az xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin episentrinin Nikolski bölgəsindən 168 kilometr cənub-qərbdə olduğunu açıqlayıb.

Yerin təxminən 41 kilometr dərinliyində qeydə alınan 6,0 bal gücündə zəlzələdən sonra sunami xəbərdarlığı verilməyib.

Zəlzələdə can və mal itkisi qeydə alınmayıb.

Günel Məlikzadə