6,3 bal gücündə zəlzələ baş verdi
    • 23-01-2024, 22:20
    • 792

6,3 bal gücündə zəlzələ baş verdi

Sakit okeandakı ada ölkələrindən biri olan Vanuatuda 6,3 bal gücündə zəlzələ baş verib.

News24.az Referans.az-a istinadla xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Məlumatda episentri Vanuatunun paytaxtı Port-Vila şəhərindən 43 kilometr cənub-qərbdə meydana gələn 6,3 bal gücündə zəlzələnin 37 kilometr dərinlikdə qeydə alındığını bildirilir.

Zəlzələdə can və ya mal itkisi ilə bağlı açıqlama verilməyib.