-
- 19-07-2024, 15:47
- 334
Tramp: Elektrikli avtomobil planını ilk gün dayandıracam
Bu gün ABŞ-da Respublikaçılar Partiyasının Milli Konqresinin yekun iclası keçirilir. Prezidentliyə namizəd Donald Tramp son iclasda çıxış edib.
News24.az xəbər verir ki, “Mən Amerikanın yarısının deyil, bütün Amerikanın prezidenti olmaq üçün namizədliyi qəbul edirəm” deyən Tramp Amerikanın yalnız yarısını qazanmağın uğur olmadığını vurğulayıb.
“İman, sadiqlik və qürurla mən sizin ABŞ prezidentliyinə namizədliyinizi qəbul edirəm”, - deyə Tramp bildirib.
Tramp uzun çıxışında avtomobil sənayesi ilə bağlı da qiymətləndirmələr edib.
"Yaşıl enerji cəfəngiyyatına son verəcəyik. Xərclənməmiş trilyonlarla dolları yollar və körpülər kimi real şeylərə xərcləyəcəyik" deyən Tramp, seçildiyi ilk gündə elektrikli avtomobil planına son qoyacağını bildirib.
Tramp, "Elektrikli avtomobil planına ilk gün son qoyacağam. Beləliklə, ABŞ avtomobil sənayesini çökməkdən xilas edəcəm. Meksikada böyük fabriklər tikilir. Vergisiz avtomobillər ölkəmizə satmaq üçün istehsal olunur. Belə bir şeyə icazə verənlər işdən azad edilməlidir. Onlar Trampa səs verməlidirlər. Bu zavodlar Meksikada deyil, ABŞ-da tikiləcək və amerikalılarla işləyəcəklər" deyib.
Günel Məlikzadə