-
- 28-05-2019, 12:44
- 1 057
Bakıda məktəb müəlliməsini döydülər – CİNAYƏT İŞİ AÇILDI
Bakıda qadın əri tərəfindən döyülüb.
News24.az-ın məlumatına görə, Nərimanov rayon sakini Sevda.T həyat yoldaşı Qəzənfər.T tərəfindən döyülüb. Qadın xəstəxanaya müraciət edib və ekspertiza rəyi alıb. Faktla bağlı Cinayət Məcəlləsinin 128-ci, yəni qəsdən sağlamlığa yüngül zərərvurma maddəsi ilə iş açılıb. Cinayət işinin materialları Nərimanov Rayon Məhkəməsinə göndərilib və hakim Samir Məmmədovun icraatına verilib.
Qeyd edək ki, əri tərəfindən döyülən qadın Nərimanov rayonundakı orta məktəblərdən birində müəllimə işləyir.