Bakıda 2 qadın arasında dava-dalaş – CİNAYƏT İŞİ AÇILDI
    • 16-07-2019, 13:42
    • 1 614

Bakıda 2 qadın arasında dava-dalaş – CİNAYƏT İŞİ AÇILDI

Bakıda 2 qadın arasında baş verən dava-dalaşa görə cinayət işi açılıb.

News24.az-ın məlumatına görə, Mehriban Mərdanova adlı qadın xəstəxanaya müraciət edərək müxtəlif dərəcəli xəsarətlər aldığını bildirib. Məlum olub ki, o, Çimnaz Abbasova adlı tanışı tərəfindən döyülüb. İşə polis qarışıb və M.Mərdanovanın döyülməsi faktı ilə əlaqədar Cinayət Məcəlləsinin 128-ci, yəni qəsdən sağlamlığa yüngül zərər vurma maddəsi ilə iş başlanılıb.

Cinayət işi baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilib və hakim İslam Həsənovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası iyulun 17-də keçiriləcək.