Bakıda qadınlar arasında dava-dalaş – Cinayət işi açıldı
    • 24-12-2019, 10:02
    • 911

Bakıda qadınlar arasında dava-dalaş – Cinayət işi açıldı

Bakıda qadınlar arasında baş verən dava-dalaşla bağlı cinayət işi açılıb.

News24.az-ın məlumatına görə, Binəqədi rayonunda S.Qasımovanın həmcinsi S.Əzimovanı döyərək xəsarətlər yetirməsinə görə Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 128-ci, yəni, qəsdən sağlamlığa yüngül zərərvurma maddəsi ilə iş açılıb.. artıq işin materialları Binəqədi Rayon Məhkəməsinə göndərilib və hakim Vüqar Məmmədovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası 29 dekabra təyin edilib.