-
- 27-10-2019, 11:25
- 1 762
Bakının mərkəzində qızlar arasında dava-dalaş – CİNAYƏT İŞİ AÇILDI
Bakıda 2 qız arasında baş verən dava-dalaşa görə cinayət işi açılıb.
News24.az -ın məlumatına görə, Nəsimi rayonu ərazisində T.Hüseynova tərəfindən döyülən Aygül Həsənova (ad şərtidir) polisə müraciət edib. Həkim müayinəsi zamanı onun müxtəlif dərəcəli xəsarətlər aldığı müəyyənləşib və T.Hüseynova barəsində Cinayət Məcəlləsinin 128-ci, yəni qəsdən sağlamlığa yüngül zərərvurma maddəsi ilə iş açılıb.
Cinayət işinin materialları artıq Nəsimi Rayon Məhkəməsinə göndərilib. Oktyabrın 30-da hakim Babək Pənahovun sədrliyi ilə baxış iclası keçiriləcək.