Microsoft-dan açıqlama: Kiberhücum, yoxsa?
    • 19-07-2024, 23:10
    • 390

Microsoft-dan açıqlama: Kiberhücum, yoxsa?

Microsoft, kibertəhlükəsizlik xidməti təminatçısı olan CrowdStrike-in yaratdığı qlobal proqram problemi ilə bağlı açıqlama verib.

News24.az xəbər verir ki, üçüncü tərəf proqram platformasının yenilənməsi nəticəsində yaranan problemin Windows əməliyyat sistemindən istifadə edən cihazlara təsir etdiyi bildirilib və aşağıdakı açıqlamalar verilib:

"Sözügedən üçüncü tərəf proqram platforması problemi mümkün qədər tez həll etmək üçün işləməyə davam edir. Biz Microsoft olaraq müştərilərimizə və biznes tərəfdaşlarımıza lazımi dəstəyi göstərdiyimizi bildirmək istərdik. Milli Kiber İnsidentlərə Müdaxilə Mərkəzi tərəfindən edilən açıqlama göstərir ki, yaşanan pozuntular kiberhücum nəticəsində yaranmayıb”.

Günel Məlikzadə