Əl-Qaidə lideri Pakistanda həbs edilib
    • Bu gün, 21:00
    • 58

Əl-Qaidə lideri Pakistanda həbs edilib

Pakistanın verdiyi açıqlamada Əl-Qaidə lideri Əmin ül Haqın Pakistanın terrorla mübarizə orqanı tərəfindən həbs edildiyi bildirilib.

News24.az xəbər verir ki, ötən ay Əl-Qaidə ilə əlaqəsi olan Əl Həsən Mahmud Beynəlxalq Cinayət Məhkəməsi (ICC) tərəfindən 2012-2013-cü illərdə Malinin Timbuktu şəhərində törətdiyi hərbi cinayətlər və insanlığa qarşı cinayətlərə görə məhkum edilib.

46 yaşlı Əl Həsən Mahmud işgəncə, zorlama, cinsi köləlik, dini və tarixi binaların dağıdılması kimi ittihamlarla təqsirli bilinib.

Günel Məlikzadə