-
- 20-07-2024, 17:07
- 357
Dəcəl uşaqlar haqqında bilmədiklərimiz - ARAŞDIRMA
Dəcəl uşaqlar, sakit və yaxşı davranışlı sinif yoldaşlarından daha kiçik beyinlərə malikdir.
News24.az AZƏRTAC-a istinadla xəbər verir ki, bununla bağlı Kral Psixiatrlar Kollecinin tədqiqatçıları yeni araşdırma aparıb.
Yalan danışan, oğurluq edən, dalaşmağa meyilli, təhqir edən və heyvanlara qarşı amansız davranan yeniyetmələrin beyinin 34 bölgəsindən 26-nın daha kiçik səth sahələrinə malik olduğu müəyyənləşib. Davranış pozğunluğu olan uşaqlarda beynin xarici təbəqəsində və davranışı tənzimləməyə kömək edən amigdala, hipokampus və talamusun ümumi səthinin daha aşağı olduğu aşkarlanıb. Beyində ən böyük dəyişikliklər empatiya, günahkarlıq və peşmanlıq səviyyəsinin aşağı olduğu uşaqlarda müşahidə edilib. Beyin nahiyələrinin pis davranan uşaqlarda niyə dəyişdiyi hələ məlum olmasa da, tədqiqatçılar bunun uşaqlıq dövründəki çətinliklər və ya pis rəftarla bağlı ola biləcəyini söyləyirlər.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, həmin uşaqlar məktəbdə daha çox zorakılığa əl atırlar, onların sosial və emosional inkişafında ləngimə baş verir və beləliklə, həmin uşaqlar “qorxu mühiti” yaratmış olur. Bu il hər beş müəllimdən biri tələbələr tərəfindən zorakılığa məruz qalıb və bir çoxu iki il əvvəlki illə müqayisədə zorakı davranışların artdığını bildirib.
Məhkəmə psixoloqu Erica Bowen mövzu ilə bağlı açıqlamasında bildirib ki, COVID-19 epidemiyasının yaratdığı təcrid mühiti də uşaqların sosial bacarıqlarını inkişaf etdirmək imkanlarını məhdudlaşdırır və daha çox aqressiyaya səbəb ola bilər.