Bütün pullarını əlindən aldı, sonra yolpulu verdi - Bakıda İNANILMAZ HADİSƏ - FOTO
    • 28-05-2019, 13:35
    • 991

Bütün pullarını əlindən aldı, sonra yolpulu verdi - Bakıda İNANILMAZ HADİSƏ - FOTO

Bakıda soyğunçuluqla məşğul olan şəxs barəsində açılan cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

News24.az-ın məlumatına görə, Nərimanov Rayon Polis İdarəsində Sultanov Ceyhun Vüqar oğlu barəsində Cinayət Məcəlləsinin 180.2.2-ci, yəni təkrar soyğunçuluq əməli törətmə maddəsi ilə açılan işin materialları Nərimanov Rayon Məhkəməsinə göndərilib. İşə hakim Tural Ələkbərovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, cinayət işi üzrə 3 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Bunlar Həsənov Fərid Nazim oğlu, Nəsənov Emin Elşən oğlu və Nəsirov Amid Əbdülhəsən oğludur.

Araşdırma zamanı məlum olub ki, bu ilin yanvarın 25-də paytaxt sakini Fərid Həsənov Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Şöbəsinə müraciət edərək bildirib ki, rayon ərazisində yerləşən internet klublarından birindən çıxan zaman tanımadığı şəxs ona yaxınlaşaraq 187 manat pulunu soyğunçuluq yolu ilə əlindən alıb.

Keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Nərimanov rayon sakini Ceyhun Sultanov saxlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs əvvəlcə internet klubda zərərçəkənin pulunu ələ keçirmək istəyib. Amma orada istəyinə nail ola bilməyən C.Sultanov F.Həsənovun klubdan çıxması gözləyib və ona yaxınlaşıb.

Qeyd edək ki, saxlanılan şəxs zərərçəkənin pul kisəsində olan 197 manatı götürəndən sonra 10 manatı yol pulu etməsi üçün F.Həsənovun özünə geri qaytarıb.

Faktla bağlı 18-ci Polis Şöbəsində saxlanılan şəxs barəsində toplanan materiallar araşdırılması üçün Nərimanov RPİ-nin İstintaq Şöbəsinə göndərilib.