-
- 20-07-2024, 18:57
- 283
Turistlər üçün vergi tətbiq edildi
Karib dənizində yerləşən və çəhrayı flaminqoların yaşadığı “cənnət” Aruba adasında turist vergisi tətbiq edilib. Səyahətçilər bu vergini gəldikdən sonra ödəməlidirlər.
News24.az Lent.az-a istinadən xəbər verir ki, adanın turizm ofisi verginin 20 dollar olacağını və səyahətçilər artıq ora çatdıqda toplanacağını söyləyib.
Bu vergidən əldə olunan gəlir çirkab su təmizləyici qurğuların modernləşdirilməsinə, həmçinin adanın yaxşılaşdırılması üçün nəzərdə tutulmuş bir sıra layihələrin dəstəklənməsinə yönəldiləcək. Səyahətçi vergini ildə bir dəfə ödəməlidir, lakin il ərzində ikinci dəfə adanı qayıtmağa qərar verərsə, yenidən ödəməli olmayacaq. Yerli sakinlər və 8 yaşınadək uşaqlar da ödənişdən azaddırlar.
Məlumdur ki, turist vergisini kartla ödəyə bilərsiniz, lakin ondan əvvəl onlayn qeydiyyatdan keçmək lazımdır.