İşlədikləri anbardan 100 minlik oğurluq etdilər
    • Bu gün, 20:58
    • 78

İşlədikləri anbardan 100 minlik oğurluq etdilər

Abşeron rayonunun Xırdalan şəhərində oğurluq hadisəsi qeydə alınıb.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən xəbərə görə, ərazidə yerləşən mağazalardan birinin sahibi ona məxsus anbardan 100 min manat dəyərində elektrik əşyalarının oğurlanması barədə polisə müraciət edib. 

Abşeron ayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlə hadisəni törədən Faiq Cəbiyev və  Namiq Xanməmmədov saxlanılıblar. Araşdırmalarla müəyyən edilib ki, qabaqcadan əlbir olan F.Cəbiyev və N.Xanməmmədov işlədikləri mağazanın deposundan elektrik açarları, mis şinləri və elektrik naqillərini hissə-hissə talayıb satıblar. 

Faktla bağlı RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.