UEFA-dan yeni təyinat
    • Bu gün, 13:10
    • 67

UEFA-dan yeni təyinat

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev yeni təyinat alıb.

News24.az xəbər verir ki, o, UEFA Konfrans Liqasının II təsnifat mərhələsində İsveçrədə “Sürix” və İrlandiyanın “Şelbörn” komandası arasında keçiriləcək ilk oyunun hakim-inspektoru olacaq.

A.Xudiyev həmin qarşılaşmada Kosovodan olan hakimlər briqadasının işinə qiymət verəcək.

Qeyd edək ki, görüş iyulun 25-də Sürix şəhərində yerləşən “Letsiqrund” stadionunda baş tutacaq.