Beşiktaş-dan 9 futbolçuya vida
    • Bu gün, 13:40
    • 87

Beşiktaş-dan 9 futbolçuya vida

Beşiktaş komandadan ayrılacaq adlarla heyəti rahatlaşdırmaq və gəlir əldə etmək istəyir.

News24.az xəbər verir ki, Beşiktaş Amartey, Onana, Çemberlen, Montero, Rebiç, Aboubakar, Colley, Masuaku və Hasiçlə yollarını ayırmağı planlaşdırır.

Qara-ağlar bu futbolçuları göndərməklə 15 milyon avro maaşa qənaət etməyi hədəfləyir.

Rafa Silva, Paulista, Ciro Immobile kimi adları heyətinə qatan "Beşiktaş" ciddi maaş yükü ilə üzləşib.

Qeyd edək ki, Beşiktaş-ın transfer gündəmində Asensio, Talisca kimi adlar var.

Günel Məlikzadə