Beşiktaşdan ayrılacaq adlar bəlli oldu
    • 17-07-2024, 22:30
    • 255

Beşiktaşdan ayrılacaq adlar bəlli oldu

"Beşiktaş" yeni mövsüm öncəsi hazırlıqlarını Sloveniyada davam etdirir.

News24.az xəbər verir ki, indiyədək Qabriel Paulista, Rafa Silva və Ciro İmmobileni heyətinə qatan qara-ağlar, heyət planlamasında yer almayan futbolçular üçün çalışmağa davam edir.

Qara-ağlı menecerlər Covanni van Bronkhorstdan komandadan ayrılmalı olan futbolçularla bağlı hesabat gözləyir.

Qara-ağların Omar Kolli, Daniel Amartey və Vinsent Abubakarla yollarını ayırmağı planlaşdırdığı bildirilib.

Ötən mövsüm tez-tez zədələnən Artur Masuaku üçün transferin asanlaşacağı da vurğulanıb.

İndiyədək "Beşiktaş"da 3 futbolçu komanda ilə vidalaşıb.

"Qara-ağlar"la müqaviləsi başa çatan Cenk Tosun "Fənərbaxça" ilə müqavilə imzalayıb.

Umut Meraş "Eyüpspor"a transfer olunarkən, Valentin Rozer "Leqanes"in heyətinə qatılıb.

Günel Məlikzadə