-
- 20-07-2024, 14:42
- 337
Zelenski Ukraynada hərbi vəziyyətin müddətini uzadacaq
Ukrayna prezidenti Vladimir Zelenski yaxın vaxtlarda Ali Radaya ölkədə hərbi vəziyyətin və səfərbərliyin uzadılması ilə bağlı qanun layihələri təqdim edəcək.
News24.az bu barədə Radanın deputatı Yaroslav Jeleznyak öz Telegram kanalında məlumat verib.
“Yaxın günlərdə prezident parlamentə iki sənəd təqdim edəcək - hərbi vəziyyətin uzadılması və ümumi səfərbərliyin davam etdirilməsi haqqında”, - o bildirib.
Deputat xatırladıb ki, hazırda hərbi vəziyyət 2024-cü il avqustun 11-dək qüvvədədir.
Onun sözlərinə görə, qanun layihələri üzrə səsvermə gələn həftə keçiriləcək. Hərbi vəziyyətin 2024-cü il noyabrın 9-dək 90 gün uzadılması gözlənilir.
Günel Məlikzadə