-
- 21-07-2024, 09:16
- 374
SON DƏQİQƏ! Qonşu ölkədə zəlzələ oldu
İranın şərqində, Əfqanıstanla sərhəd yaxınlığında zəlzələ baş verib.
News24.az Yenisabah.az-a istinadla xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, 4,5 bal gücündə olan zəlzələ yerin 35 km dərinliyində qeydə alınıb.
Yeraltı təkanların episentri təxminən 196 min nəfər əhalisi olan Bircənd şəhərindən 131 km şimal-şərqdə, episentri yerləşir.
Zəlzələdən sonra tələfat və dağıntılar barədə məlumat yoxdur.