Hitlerə sui-qəsdin ildönümündə Şolts elan etdi...
    • Bu gün, 10:35
    • 96

Hitlerə sui-qəsdin ildönümündə Şolts elan etdi...


Ukraynaya dəstək Almaniyanın tarixi məsuliyyət məsələsidir.

News24.az Axar.az-a istinadla xəbər verir ki, bu sözləri Almaniya kansleri Olaf Şolts Adolf Hitlerə uğursuz sui-qəsdin 80 illiyi münasibətilə deyib.

"Öz tariximizi nəzərə alsaq, bu vəziyyətdə Almaniya üçün yalnız bir yer ola bilər: Ukraynanın yanında. İndi İkinci Dünya müharibəsinin bitməsindən və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin qüvvəyə minməsindən 79 il sonra rus hökmdarlarının açıq şəkildə Ukraynanı fəth və onu suveren ölkə kimi məhv etmək məqsədi güddüyü müharibə gedir", - o bildirib.