Gülay onları polisə şikayət etdi
    • Bu gün, 12:10
    • 84

Gülay onları polisə şikayət etdi


Müğənni Gülay Zeynallı ona təhqir yazan sosial şəbəkə istifadəçilərini polisə şikayət edib.

News24 az Publika.az-a istinadla xəbər verir ki, buna səbəb ifaçının dediyi "Marketə gedib bazarlıq edən adamam, kompleksim yoxdur" sözləri olub. Tənqidlərə reaksiya verən Gülay bəziləri ilə bağlı şikayət ərizəsi yazdığını bildirib:

"Bu mövzuda son paylaşımımdı. Bəziləri yazır ki, sən kimsən? Deyim sizə? Paylaşımların altından 200, 300 şərh yazdığınız mənəm. Market söhbətinə gəldikdə isə: özümü siravi insanlarla yox, tanınmış insanlarla müqayisədə demişəm ki, kompleksiz insanam. Hər işimin arxasınca özüm gedirəm, işçilərim olsa belə. 10 faizi çıxmaqla hansı müğənni mağazaya gedir? Görən olur tez-tez. Heç biri. Çünki sənətçidirlər. Ona görə də bir şeyi düzgün başa düşün, sonra fikir bildirin. Onsuz da mənim fikrimi başa düşən düşüb. Bəzilərini də buradan başa salıram ki, o şərhə ayırdığınız zamanı həyatınız, evinizə ayırın.

Qeyd edirəm ki, dərinə gedib, artıq şərh yazanlar haqqında şikayət ərizəsi təqdim etmişəm".