Rusiyada sanatoriyada 25 uşaq zəhərləndi
    • 21-07-2024, 16:34
    • 241

Rusiyada sanatoriyada 25 uşaq zəhərləndi


Rusiyanın Kemerovo vilayətinin Salair şəhərindəki “Magistral” sanatoriyasında istirahət edən uşaqlar zəhərlənib.

News24.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsindən məlumat verilib.

“10-12 yaşlı 25 uşaq bağırsaq infeksiyası əlamətləri ilə tibbi yardıma müraciət edib. Həkimlər uşaqları müayinə edib, səhhəti təhlükə altında deyil”, - məlumatda qeyd olunub.

Məlumata görə, “Rospotrebnadzor”un regional şöbəsi qurumun fəaliyyətini dayandırmaq üçün tədbirlər görür.