ABŞ-də ziyafətdə atışma olub, ölənlər var
    • Bu gün, 18:03
    • 55

ABŞ-də ziyafətdə atışma olub, ölənlər var


ABŞ-nin Pensilvaniya ştatının Filadelfiya şəhərinin qərbində baş verən atışma nəticəsində azı 3 nəfər ölüb, 7 nəfər yaralanıb.

News24.az "Report"a istinadla xəbər verir ki, bu barədə yerli NBC10 telekanalı ştat polisinə istinadən məlumat yayıb.

Məlumata görə, atışma səhər saatlarında 100-150 qonağın iştirak etdiyi ziyafət zamanı baş verib.

Hadisənin səbəbi məlum deyil.