Ziyafət mərasimində atışma-Ölənlər var
    • Dünən, 20:27
    • 180

Ziyafət mərasimində atışma-Ölənlər var


ABŞ-da ziyafət mərasimində atışma olub.

News24.az Lent.az-a istinadən verdiyi xəbərə görə, hadisə ötən gecə Filadelfiyada qeydə alınıb.

Gecə saat 02.00 radələrində ümumilikdə 150-yə qədər insanın iştirak etdiyi mərasimdə atışma nəticəsində 3 nəfər ölüb, 7 nəfər yaralanıb.

Polis atəş açanların bir neçə nəfər olduğunu açıqlayıb. Şübhəli şəxslər hələ saxlanılmayıb.