Bağlı qalmış 4 xüsusilə ağır cinayətin üstü açıldı
    • 22-07-2024, 12:48
    • 139

Bağlı qalmış 4 xüsusilə ağır cinayətin üstü açıldı

Əvvəlki illərdən bağlı qalmış 4 xüsusilə ağır cinayətin üstünün açılması təmin edilib.

News24.az xəbər verir ki, bunu Baş Prokurorluqda keçirilən Geniş Kollegiya İclasında Baş prokuror Kamran Əliyev bildirib.

Onun sözlərinə görə, 2024-cü ilin birinci yarımilində prokurorluq, daxili işlər və digər aidiyyəti orqanlarla ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri ilə ötən illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilmiş 4 qəsdən adam öldürmə cinayətin üstünün açılması təmin edilib.