Əvvəlki illərdən bağlı qalan 12 ağır cinayətin üstü açıldı
    • 22-07-2022, 15:13
    • 315

Əvvəlki illərdən bağlı qalan 12 ağır cinayətin üstü açıldı

2022-ci ilin birinci yarımilində prokurorluq, daxili işlər, dövlət təhlükəsizliyi və ədliyyə orqanları ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri ilə ötən illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilmiş 12 qəsdən adam öldürmə cinayətin üstünün açılması təmin edilib.

News24.az xəbər verir ki, onlardan 8-i baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilmiş, digərləri üzrə isə istintaq tədbirləri davam etdirilir.