-
- 30-05-2019, 12:18
- 1 057
Azərbaycanlı tələbələrin diplomlarının Türkiyədə tanınmaması ilə bağlı - TƏHSİL NAZİRLİYİNDƏN AÇIQLAMA
"Türkiyə Yüksək Öyrətim Kurumu (YÖK) tərəfindən Azərbaycanın üç universitetinin diplomlarının tanınmaması ilə bağlı Təhsil Nazirliyinə müraciət daxil olmayıb". News24.ın xəbərinə görə, bunu Təhsil Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Şöbəsinin müdiri Nicat Məmmədli deyib. O bildirdi ki, bu məsələ araşdırılmayıb: «Əgər hər hansı alnalışlamzlıq olarsa və ya müraciət daxil olarsa, Təhsil Nazirliyində dərhal araşdırma aparılacaq».
Qeyd edək ki, Türkiyə Yüksək Öyrətim Kurumu (YÖK) qərar qəbul edib və Azərbaycanın Bakı Mühəndislik Universiteti, Odlar Yurdu Universiteti və Gəncə Texnologiya Universiteti “tanınmayan” universitetlər siyahısına salınıb. Rəsmi sənəddə bu universitetlərin tanınmamasına səbəb kimi Türkiyədə FETÖ olayları yazılıb.