Azərbaycanda bu ali məktəb fəaliyyətini dayandıracaq
    • 24-09-2018, 16:35
    • 988

Azərbaycanda bu ali məktəb fəaliyyətini dayandıracaq

Bakı İslam Universiteti fəaliyyətini dayandırır.

Bu barədə News24.az-a Təhsil üzrə ekspert, Təhsil Xidmətləri Araşdırma Mərkəzinin rəhbəri Kamran Əsədov Kamran  məlumat yayıb.

Kamran Əsədovun söylədiyinə görə, Bakı İslam Universiteti fəaliyyətini dayandırır. Tələbələri topladıqları ballara uyğun olaraq digər universitetlərə köçürüləcəklər. Aldığım məlumata görə bu il birinci kursa qəbul olan tələbələr artıq köçürülüb" - deyə, ekspert bildirib.

 Bakı İslam Universitetinin tələbələrinin əsasən, Azərbaycanda yeni fəaliyyətə başlayan İlahiyyat İnstituna köçürüləcəyi bildirilir.

QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova saytımıza verdiyi açıqlamada bildirib ki, Qafqaz Müsəlmanları İdarəsi müvafiq qurumlarla məsləhətləşmələrdən sonra təsisçisi olduğu Bakı İslam Universitetinə bu il qəbul olan şəxslərin Azərbaycan İlahiyyat İnstitutunda təhsil alması barədə qərar qəbul edib. R.Dadaşova Bakı İslam Universitetinə daxil olan şəxslərin Azərbaycan İlahiyyat İnstitutuna köçürülməsinin səbəbini isə orada eyni ixtisas üzrə pulsuz təhsilin olması ilə izah edib.

Onun sözlərinə görə, bu qərar Bakı İslam Universitetinə əvvəlki illlərdə qəbul olanlara şamil edilmir: "Onlar təhsillərini əvvəlki qaydada davam etdirirlər".

İlhamə