-
- 22-07-2024, 16:16
- 621
İsti havalardan ehtiyatlı olun: İnfarkt riskini 2 dəfə artırır
Prof. Dr. Sərvət Altay dərəcənin 20 dərəcədən yuxarı qalxmasının 65 yaşdan yuxarı insanlarda infarkt riskini 2 faiz artırdığını bildirib.
News24.az xəbər verir ki, mövsümi normadan artıq isti havalar insan sağlamlığına mənfi təsir göstərir.
İsti havaların infarkt, ürək çatışmazlığı və aritmiya kimi sağlamlıq problemlərinə səbəb olduğunu bildirən Altay, xüsusilə risk qrupunda olan xəstələrin və yaşlıların diqqətli olması barədə xəbərdarlıq edib.
İsti havaların bədənin istilik tarazlığını pozduğunu və birbaşa ürək sağlamlığına təsir etdiyini izah edən Altay:
"Havanın temperaturu 20 dərəcədən yuxarı olduqda, xüsusilə 65 yaşdan yuxarı şəxslərdə hər dərəcə temperatur artımında infarkt riskinin 2 faiz artdığı görülür. Temperatur nə qədər yüksək olarsa, bir o qədər də infarkt görürük. Bundan əlavə, hipertoniya və ritm pozğunluqları da meydana gəlir".
Qeyd edək ki, Prof. Dr. Altay isti havalardan qorunmaq üçün bol maye qəbul etmək və yağlı qidalardan uzaq durmaq, tərəvəz və meyvələrlə yüngül yeməklərə üstünlük vermək lazım olduğunu bildirib.
Altay əlavə edib ki, günün ən isti saatlarında mümkün olmadıqca çölə çıxmaq olmaz.
İsti havalarda sağlamlığınızı qorumaq üçün bu qaydalara diqqət yetirə bilərsiniz:
- Bol su içmək bədən istiliyini tənzimləyir və susuzlaşdırmanın qarşısını alır.
- Mümkünsə, günorta saatlarında günəşdən qaçın və kölgədə qalın.
- Nəfəs alan, yüngül və hava keçirən paltarları seçin.
- Kondisioner və ya ventilyatorlardan istifadə edərək evinizdə və ya iş yerinizdə interyeri sərin tutun.
- Beton kimi səthlərdə və ya avtomobillərin içərisində uzun müddət qalmamağa çalışın.
- Bədən istiliyini azaltmaq üçün sərin su istifadə edin.
- Həddindən artıq istidə həddindən artıq fəaliyyətdən çəkinin və istirahətə ara verin.
- Ağır yeməklər bədən istiliyini artıra bilər, yüngül və təzə qidaları seçin;
- Baş, boyun və bilək kimi nahiyələrə soyuq kompres tətbiq edərək sərinləyə bilərsiniz.
- Mümkünsə, həddindən artıq isti zamanı kondisionerli mühitlərdə vaxt keçirin.
Bu üsullarla bədən istiliyinizi nəzarət altında saxlaya və özünüzü həddindən artıq istilərdən qoruya bilərsiniz.
Günel Məlikzadə