Gizli xəstəliklərin 5 XARİCİ ƏLAMƏTİ - Bunu bilmək vacibdir!
    • 10-09-2018, 16:20
    • 1 807

Gizli xəstəliklərin 5 XARİCİ ƏLAMƏTİ - Bunu bilmək vacibdir!

Xarici görünüşümüzdə baş verən bəzi dəyişikliklər ciddi daxili xəstəliklərə işarə edə bilər.
Xəstəliyin əsas simptomları üzə çıxdıqdan xeyli əvvəl insanın xarici görünüşündə bəzi dəyişikliklər baş verə bilər. Bunları bilmək çox vacibdir.
Sızanaqlar
Sızanaqlar yalnız yeniyetməlik dövründə fizioloji hal kimi qiymətləndirilə bilər. Bu yeniyetmənin orqanizmində baş verən dəyişikliklərlə bağlıdır.
Böyüklərdə sızanaqların tez-tez əmələ gəlməsi bu kimi pozulmalara işarə edə bilər:
- hormonal disbalans. Xüsusilə qadın cinsiyyət hormonlarında disbalans yarandıqda qadının üzündə sızanaqlar əmələ gəlməyə başlayır.
- qara ciyər və mədə-bağırsaq sistemi xəstəlikləri. Qara ciyər orqanizmin əsas filtridir. Bu filtrin fəaliyyətində pozulmalar yarandıqda ziyanlı maddələr orqanizmdə toplanmağa başlayır ki, bu da dəridə müxtəlif səpgilərin əmələ gəlməsinə səbəb olur.
Xroniki qəbizlik zamanı da üz dərisin adətən səpgili olur. Qəbizlik zamanı düz bağırsaqda yığılmış ziyanlı maddələr vaxtında xaricə çıxmır və tədricən qana sorulur ki, bu da dərinin vəziyyətinə təsir edir.
 qadın cinsiyyət sisteminin iltihabları. Reproduktiv sistemində iltihabların olması əksər hallarda qadınların dərisinə mənfi təsir edir.
Saçların tökülməsi
Əgər xüsusi şampunların və maskaların tətbiqi, trixoloqun (saç xəstəlikləri üzrə mütəxəssis) müalicəsı kömək etmirsə, saçların tökülməsinin daxili səbəbini (və ya səbəblərini) axtarmaq lazımdır.
Saçların tökülməsi bu kimi pozulmalar zamanı mümkündür:
- anemya (qanazlığı)
- qalxanvari vəzi xəstəlikləri
- hormonal pozulmalar. Bu əsasən qadınlara aiddir. Hormonal pozulmalar onlarda üz dərisinin və saçların vəziyyətinə çox mənfi təsir edir.
Gözlərin altında kölgələr
Bu irsi faktor da ola bilər. Həmçinin bunun səbəbi yorğunluq, yuxunun az olması da ola bilər. Lakin bəzən bu simptom daha ciddi pozulmalara işarə edir:
- orqanizmdə iltihabi prosesin olması
- böyrəklərin fəaliyyətinin pozulması
- ürək xəstəlikləri
- helmintozlar (qurd xəstəlikləri).
Tüklənmə
Qadınlarda həddindən artıq tüklənmə əksər hallarda hormonal pozulmalara və qadın cinsiyyət sistemi xəstəliklərinə işarə edir.
Tərləmənin artması
Tərləmənin artması bir çox hallarda orqanizmdə gedən bəzi pozulmalara işarə edir. Bu səbəbdən bu simptomu diqqətsiz qoymayın.
Tərləmənin artması bu kimi pozulmalar zamanı mümkündür:
- bəzi ürək xəstəlikləri
- hormonal pozulmalar - məsələn, qadınlarda klimaksın yaxınlaşması və həmçinin mədəaltı və qalxnvari vəzilərinin fəaliyyətinin pozulması
- infeksion xəstəliklər (məsələn, vərəm).
//Saglamolun.Az