Samsung "Galaxy Ring" hansı telefonlarla işləyəcək?
    • 22-07-2024, 16:45
    • 210

Samsung "Galaxy Ring" hansı telefonlarla işləyəcək?

Samsung-un ilk ağıllı üzüyü olan "Galaxy Ring" elan edildikdən sonra səbirsizliklə gözlənilirdi. Samsung cihazla bağlı ilk açıqlamalarında halqanın yalnız Galaxy cihazları ilə işləyə biləcəyini qeyd etmişdi.

News24.az xəbər verir ki, istifadəçilər tərəfindən aparılan testlərə görə cihaz Android telefonları ilə problemsiz işləyib.

M.Brandon Lee-nin "This is Tech Today" X hesabında paylaşdığı yeni videoya görə, "Galaxy Ring" Android telefonunda "Galaxy Wearable" proqramı quraşdırıldıqda inteqrasiya edir və işləyir. Bununla belə, hər bir fərqli model cihazında olduğu kimi, bəzi funksiyalar Samsung olmayan cihazlarda istifadə edilmir.

Qeyd edək ki, "Galaxy Ring" qeyri-Samsung cihazlarda işləsə də, Galaxy AI və Enerji xalı xüsusiyyətləri Samsung-dan başqa cihazlarda mövcud deyil. 

Məryəm İlhamqızı