Həyat yoldaşını və uşaqlarını bıçaqlayan şəxs SAXLANILDI
    • 22-07-2024, 17:24
    • 192

Həyat yoldaşını və uşaqlarını bıçaqlayan şəxs SAXLANILDI

Hadisə İstanbulun Esatpaşa məhəlləsinin Fidanlıq küçəsində baş verib.

News24.az xəbər verir ki, iddialara görə, N.M.K. (44) adlı şəxs naməlum səbəbdən evdə T.K. (39) adlı həyat yoldaşı ilə mübahisə etməyə başlayıb.

Cütlük arasında mübahisə qəfil şiddətlənərək davaya çevrilib. Bu zaman özünü itirən N.M.K. həyat yoldaşını bir çox yerdən bıçaqla vurub. Valideynlərini ayırmaq üçün müdaxilə edən 8 və 20 yaşlı uşaqlarını da bıçaqla yaralayan şəxs maşınına minərək hadisə yerindən qaçıb.

Verilən məlumatlara görə, xəstəxanada müalicə alan T.K. və uşaqlarının həyati təhlükəsi yoxdur.

İstanbul Polis Departamentinin əməkdaşları qaçan şübhəlini tutmaq üçün səylərə başlayıblar və şübhəli şəxs tutularaq saxlanılıb.

Polis bölməsində prosedurları başa çatan şəxs, "Qəsdən zədə" və "Qəsdən adam öldürməyə cəhd" cinayətlərinə görə məhkəmə binasına göndərilib.

Məryəm İlhamqızı